Bakıda binanın zirzəmisindən üzərində ərəb və fars dillərində yazı olan silah tapılıb

Bakıda binanın zirzəmisindən üzərində ərəb və fars dillərində yazı olan silah tapılıb backend

Bakıda binanın zirzəmisindən silah-sursat tapılıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Yaşayış binasının zirzəmisində üzərində ərəb və fars dillərində yazı olan 1 ədəd avtomat, 254 ədəd patron və 3 ədəd avtomat darağı aşkar edilərək götürülüb.