Ağsu-Kürdəmir yolunda dəhşətli avtomobil qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə bu gün saat 18.30 radələrində Ağsu rayonunun Muradlı kəndi ərazisində qeydə alınıb.VAZ-2106 və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər ölüb, bir nəfər xəsarət alıb.Ölənlərdən 4-ü Siyəzən, 2-si Ağsu sakinləridir.
06 BC 365 dövlət nömrə nişanlı VAZ-2106 və 54 BE 811 dövlət nömrə nişanlı VAZ-2107 markalı minik avtomobillərinin toqquşması nəticəsində Siyəzən rayon sakinləri, 1988-ci il təvəllüdlü Hüseynov Nazim Əliabbas oğlu, 1994-cü il təvəllüdlü Xankişizadə Mehdi Ağabala oğlu, 1992-ci il təvəllüdlü Bədəlov Orxan Fərhad oğlu, 1986-cı il təvəllüdlü Bayramov Pərviz Əlizahir oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.