ƏƏSMN 13 min nəfərə yaxın şəxsi fərdi qaydada qəbul edib

ƏƏSMN 13 min nəfərə yaxın şəxsi fərdi qaydada qəbul edib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanılan məsələlərdən biri də vətəndaşlarla mütəmadi olaraq görüşlərin keçirilməsi, onların müraciətlərinin obyektiv şəkildə cavablandırılmasıdır.

Qaziler.az bildirir ki, nazirlikdən verilən məlumata görə, bu istiqamətdə tədbirlərin davamı olaraq, 2017-ci ildə və cari ilin ötən dövründə nazirliyin rəhbərliyi və məsul şəxsləri tərəfindən 13 min nəfərə yaxın şəxsin fərdi qaydada qəbulu həyata keçirilib. Onlardan 1465 nəfər nazirliyin rəhbər şəxsləri tərəfindən qəbul edilib.

O cümlədən qeyd olunan dövr ərzində Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən 931 nəfər vətəndaş fərdi qaydada qəbul edilərək müraciətləri dinlənilib. Təkcə son iki ay yarım dövrdə nazir tərəfindən Salyan, Abşeron və Siyəzən rayonlarında və nazirlikdə keçirlən qəbullar zamanı 160 nəfərədək şəxsin fərdi qaydada qəbulu həyata keçirilib.