Qarabağ mətbəxi:Dombalan bitkisinin faydaları və bişirilmə qaydası-Video

Qarabağ mətbəxi:Dombalan bitkisinin faydaları və bişirilmə qaydası-Video backend

Yaz ayları gələr-gəlməz Qarabağ mətbəxinin vazkecilməz nemətlərindən olan Dombalan-yer göbələyi bitkisindən ceşidli-dadlı yeməklər hazırlanardı.

Qaziler.az saytını məlumatına görə, Dombalan əsasən yaz yagışlarından sonra qumlu torpaqlarda, xüsusən caylaqlara yaxın ərazilərdə yetişir. O cümlədən Qarabağ ərazisindən axan cayların əhatisində bu bitkiyə cox rast gəlinirdi. Torpaqda toxumsuz və yarpaqsız əmələ gəldiyi ücün, cox nadir bitkilərdən sayılır. Bitkinin belə qəribə adlanmasına səbəb məlum ərazilərdə torpağın şişməsi -qabıq hissənin dombalmasıyla bağlıdı ki, məhz bu zaman Dombalan fərq edilir və yığılır.

Çox faydalı, bahalı və dəyərli bitkilərdən hesab olunur, dadlı qovurması, qizartması olur .

Avropada isə kürüdən sonra, qiymətinə görə ikinci yerdədir. Kilosu 2000 avro dəyərindədir. Bahalı restoranlarda desert kimi verilir və gözəl ətri olduğundan yeməklərə qarışdırılır.

FAYDALARI:

Kişilərdə cinsi gücü artırır;
Qanda şəkəri aşağı salır;
Bədəni qüvvətləndirir;
Xolesterini aşağı salır;
Suyu göz xəstəliklərinə şəfadır.

Dombalan göbələynin bişirilmə qaydası:
Ərzaqlar:
2-3 ədəd dombalan göbələyi
1 ədəd quru soğan
2 qaşıq kərə yağı
2-3 ədəd yumurta
duz, istiot
istəyə bağlı keşniş şüyüt.

Hazırlanma qaydası:

Əvvəlcə quru soğanı doğruyub qızardırıq.Göbələyin qabığnı soyub nazik-nazik doğruyub soğanın üzərinə əlavə edirik.Göbələk yumşalana qədər qovruruq sora yumurta və göyərti əlavə olunur duz istiotuda unutmuyaq.

">


Qaziler.az
Diaspora