Qaxa noxud boyda dolu yağıb

Qaxa noxud boyda dolu yağıb backend

Dünən axşam saatlarında Qax rayonuna dolu yağıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhər mərkəzinə yağan dolu qış fəslinə xas olmayan göy gurultusu və şimşək çaxması ilə müşahidə olunub.

Sakinlərin sözlərinə görə, dolu təqribən noxud iriliyində olub və 3 dəqiqə yağıb.

Təsərrüfata dəyən ziyan barədə məlumat yoxdur.