Qiymətləndirmə bazarında qeyri peşəkarlıq ayaq açıb yeriyir, bu sahədə təsadüfi adamların sayı çoxalır.
Qaziler.az saytı xəbər verir ki, bu fikirləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) martın 10-da keçirilən illik hesabat konfransında İdarə Heyətinin üzvü Ramil Osmanlı bəyan edib. R.Osmanlı bildirib ki, son illər problemli kreditlərin sayının artması məhkəmə orqanlarında vətəndaşların mənzillərinin qiymətləndirilməsi ilə bağlı müraciətləri artıb. Bu da ədliyyə orqanları ətrafında çoxlu sayda qondarma qiymətləndirmə şirkətlərinin yaranmasına səbəb olub. Bazarda qeyri peşəkarların sayının artması tənzimlənmə mexanizminin tətbiqini zəruri edir.Konfransda 1998-ci ildə qəbul edilən “Qiymətləndirmə fəaliiyyəti haqqında” Azərbaycan Respublikası Qanuna əlavə və dəyişikliklərin edilməsi zərurətinin də yarandığı, 2013-cü ildə yeni qanun layihəsinin Nazirlər Kabinetnə və Milli Məclisə təqdim edilməsinə baxmayaraq bu günə qədər heç bir cavabın verilmədiyi vurğulanıb. Konfransda AQC-nin tərkibində Ekspert Şurasının yaradılması da təklif edilib. Vətəndaşların qiymətləndirmə ilə bağlı üzləşdikləri problemlər şurada müzakirəyə çıxarılacaq, obyektiv rəylər təqdim etməyən qurumlar inzaibati qaydada məsuliyyətə cəlb ediləcək.
