Mətbuat Şurasının sədri və İH üzvləri seçildi - Siyahı

Mətbuat Şurasının sədri və İH üzvləri seçildi - Siyahı backend

Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə İdarə Heyətinin üzvlərinin genişləndirilməsi ilə bağlı dəyişiklik edilib.

Musavat.com xəbər verir ki, bu barədə Şuranın VII qurultayında qərar qəbul olunub.

Dəyişikliklə Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq. Beləliklə, İdarə Heyətinin sayı 17-dən 23-ə çatıb.

Əsas heyətə seçilənlər: Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Bəxtiyar Sadıqov, Aynur Camalqızı, Bahəddin Həziyev.

İctimaiyyət nümayəndələri arasından: Vüqar Səfərli, Müşfiq Ələsgərlıi, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babayev, İlham İsmayıloğlu, Yadigar Məmmədli.

İnternet portalları: Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov.

Əflatun Amaşov isə yenidən MŞ sədri seçilib.