Şəhid xanımların məzarları ziyarət edilib - BAKIDA

Şəhid xanımların məzarları ziyarət edilib - BAKIDA backend

“Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “8 mart” beynəlxalq qadınlar günü münasibəti ilə şəhidlər xiyabanında ehtiram əlaməti olaraq şəhid xanımların məzarlarını ziyarət ediblər.

Bu barədə QAZİLER.AZ saytına sözügedən təşkilatın rəhbəri, müharibə veteranı Radə Abbas məlumat verib.

“20 ildən çoxdur biz hər bayramda şəhid qadınlarımızın məzarını ziyarət edirik. Məqsədimiz Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində şəhid olmuş qadınlarımızın məzarlarını ziyarət etmək, onların ruhlarına dualar oxumaqdır! Bu dəfə “8 mart” beynəlxalq qadınlar günü münasibəti ilə ziyarət etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!” – deyə, R.Abbas bildirib.

Tədbirdə bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri və üzvləri də iştirak edib.

QAZİER.AZ