Xətaidə növbəti yanğın: 1 nəfər...

Xətaidə növbəti yanğın: 1 nəfər... backend

Paytaxtda baş verən yanğın hadisəsində bir nəfər tüstüdən zəhərlənib.

FHN-dən Axar.az-a verilən məlumata görə, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində 3 ədəd elektrik sayğacı yanıb.

Hadisə zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək, aidiyyatı üzrə təhvil verilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.