Son günlər Türkiyədə və Rusiyada havaların kəskin soyuması və qarın yağması müşahidə olunur.
Bəs görəsən, qonşu ölkələrdə havanın temperaturunun kəskin düşməsi ölkəmizdəki hava şəraitinə necə təsir edəcək?Axar.az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova yaxın 3 gün ərzində ölkədə havanın temperaturunun yüksələcəyini bildirib:
“Bu gün paytaxtda müşahidə olunan şimal-qərb küləyi sabah günorta saatlarına kimi davam edəcək və günorta zəifləyəcək. Martın 6-sı, 7-si və 8-i hava şəraiti əsasən yağmursuz keçəcək. Qərb küləyinin arabir güclənməsi müşahidə olunacaq. Martın 8-də havanın temperaturunun 6-sı və 7-si ilə müqayisədə təqribən 3-5 dərəcə yüksələcəyi gözlənilir”.