Təhsil Nazirliyi, Azərbaycan-Amerika Ticarət Palatası, “British Amerikan Tobakko” şirkətinin birgə təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Heydər Əliyev Mərkəzində “Gənc mütəxəssis” adlı əmək yarmarkası keçiriləcək.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, universitetlərdə təhsil alan istedadlı tələbələrin ölkənin aparıcı şirkətlərində təcrübə keçmələri və onların işlə təmin olunma imkanlarının genişləndirilməsi məqsədilə təşkil olunan əmək yarmarkasında iştirak edəcək tələbələrin qeydiyyatı mayın 1-də başa çatıb.Əmək yarmarkasında iştirak etmək üçün respublikanın 41 ali təhsil müəssisəsindən 2700 nəfərdən artıq məzun, işəgötürən qismində isə 60-a yaxın beynəlxalq və yerli şirkət qeydiyyatdan keçib.
İşəgötürən şirkətlər qeydiyyatdan keçmiş tələbələrin məlumatları ilə tanış olaraq, uyğun gələn namizədləri əmək yarmarkası günü görüşə dəvət edəcəklər.