Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq mayın 13-də Azərbaycana rəsmi səfərə gəlib. Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Vyetnam Prezidenti Ç.T.Şanqı və xanımı May Thi Hanı hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.Ali qonaq aeroportda Vyetnamın Azərbaycanda fəaliyyət göstərən diasporunun üzvləri tərəfindən coşqu ilə qarşılanıb.