Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib.
DİM-dən APA-ya verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2018-ci il martın 1-dən martın 27-dək internet vasitəsilə aparılır.Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.a1z/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər SQK-ların ünvanları ilə elanın tam mətnində tanış ola bilərlər.



