Leyla Əliyeva Xocalıya həsr olunmuş musiqi gecəsində - fotolar

Leyla Əliyeva Xocalıya həsr olunmuş musiqi gecəsində - fotolar backend

Fevralın 26-da Heydər Əliyev Mərkəzində “Xocalı 613” adlı klassik musiqi gecəsi keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Axşam.az xəbər verir ki, Leyla Əliyeva əvvəlcə Mərkəzin foyesində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi ilə tanış olub.

Sərgidə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi soyqırımını, bu faciənin miqyasını əks etdirən fotolar yer alıb.