Mayın 11-də Bakıda bir neçə sərnişin avtobusunun hərəkət istiqamətində aparılan dəyişiklik paytaxt sakinlərində müəyyən suallar yaradıb.
Axar.az xəbər verir ki, 175 nömrəli marşrut xətti qısaldılaraq hərəkət "H.Aslanov" metro stansiyasından təşkil edilib. Bundan başqa 120 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti “28 May” m/st.-Neftçilər pr-ti - Bayıl qəsəbəsi, 20-ci sahəyə qədər, 124 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti Lökbatan qəsəbəsi- “Binə” və “Sədərək” T/M-ləri - 20-ci sahəyə qədər, 193 nömrəli marşrutda hərəkət “Yeni Avtovağzal”-“20 Yanvar” m/st.-Mətbuat pr-ti - Müşviq küç.-Maşın bazarı- Dairəvi Yol-“Binə” T/M-nə təşkil edilib.Bildirək ki, 14, 20, 53, 86, 90 və 188 nömrəli marşrut xətləri təkrarlanan xətlər olduğu üçün fəaliyyətlərinin dayandırıldığı barədə xəbərlər yayılıb. Lakin MMC rəhbəri Hikmət Bağırov Axar.az-a verdiyi açıqlamada bunu təkzib edib. Onun sözlərinə görə, 29 nömrəli marşrut xətti 86 nömrəli marşrut xəttinin son dayanacağına (9 mkr., H.Babaşov abidəsinin yaxınlığına) qədər, 83 nömrəli marşrut xətti isə 90 nömrəli marşrut xəttinin son dayanacağına kimi uzadılıb. Yəni sözügedən marşrutlardan istifadə edən sərnişinlər heç bir problemlə qarşılaşmayacaq:
“Xəttlərin azaldılmasına səbəb deyildiyi kimi, üçqapılı avtobusların istifadəsinə xitam verilməsi ilə bağlıdır. Marşrut xətti ləğv edilməyib, avtobuslar ləğv edilib. Sözügedən xəttlər üzrə başqa nömrəli avtobuslar fəaliyyət göstərəcək”.