“Azİmport” şirkətinin rəhbərlərindən biri, Dövlət Bayrağı Meydanı idarəsinin keçmiş rəhbərinin qaynı Azər Əsgərov sərbəst buraxılıb.
Lent.az-ın məlumatına görə, bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlum olub. Məlumata görə, Azər Əsgərov sərbəst buraxılandan sonra şirkətin ofisinə gedib.Xatırladaq ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Dövlət Bayrağı Meydanı idarəsinin keçmiş rəhbəri, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovu və onun qaynı, şirkəti idarə edən Azər Əsgərovu saxlamışdı.