Azərbaycanda uçan körpü ilə bağlı rəsmi məlumat

Azərbaycanda uçan körpü ilə bağlı rəsmi məlumat backend

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 186-cı kilometrliyində, Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay üzərində yerləşən körpününü orta aşırımında ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində ötən gün saat 20:00 radələrində 3 ədəd aşırım tiri sınıb.

Lent.az-ın “Azəryolservis” ASC-yə istinadən məlumatına görə, qəza nəticəsində körpü qəzalı vəziyyətə düşüb. Körpü üzərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.

Minik avtomobillərinin sürücüləri yaxınlıqdakı alternativ körpüdən istifadə etməklə hərəkətlərini davam etdirə bilərlər. Ağırçəkili və iriqabaritli nəqliyyat vasitələrinin müvəqqəti hərəkəti üçün isə çay yatağına boru düzülərək alternativ yol düzəldilir. Yol yaxın saatlarda tam hazır olacaq. Bundan başqa nəqliyyat vasitələri alternativ olaraq M-3 (186 km)-Boladi-Zövlə yolundan istifadə edə bilərlər.

Məlumat üçün qeyd edək ki, körpü 1961-ci ildə inşa edilib. Ümumi uzunluğu 50 metr, eni isə 7 metr olan körpü 3 aşırımdan ibarətdir.
Diaspora