İdeal parfumeriya və kosmetika mağazası Qızıl Ordunun yaranması gününə özəl endirim edib.
Mağaza 1918-ci ilin 23 fevral tarixində yaradılmış, 20 Yanvar faciəsini törətmiş Qızıl Ordunun yaranması gününü bayram edənlər üçün kampaniya başladıb. Xüsusilə 23 fevral tarixi üçün nəzərdə tutulmuş kampaniya çərçivəsində kişi üçün bir ətir alana ikinci ətir 50 faiz endirimlə verilir. Kampaniya 1 günlük nəzərdə tutulub.Mağaza kampaniyanı 23 fevral tarixini Azərbaycanda “Kişilər günü” kimi qeyd edənlər üçün təşkil edib.
Axar.az