"Bayıl yamacındakı sürüşmə Bakının Baş planının olmamasından qaynaqlanır"

"Bayıl yamacındakı sürüşmə Bakının Baş planının olmamasından qaynaqlanır" backend

"Təəssüf ki, bu məsələdə yerli qurumların etinasızlığı bu güünkü fəlakətin ortaya çıxamasına səbəb olub"

Millət vəkili Fazil Mustafa Bayıl yamacındakı sürüşmə nəticəsində ərazidə yaranmış ağır hamanitar fəlakət və 98 ailənin köçürülməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda qaldırılmış cinayət işi barədə Moderator.az-a açıqlama verib:

"Bayıl yamacındakı sürüşmə ciddi ekoloji və sosial problemdir, barbaşa Bakının Baş planının olmamasından ortaya çıxan məsələdir. İnsanların məskunlaşmasının qadağan olunduğu sürüşmə zonalarının ev və obyektlərin tikintisi üçün yolverilməzliyinə ciddi əməl olunmalıdır.



Təəssüf ki, bu məsələdə yerli qurumların etinasızlığı və müəyyən ödənişlər müqabilində vətəndaşlara belə bir imkan tanıması bu güünkü fəlakətin ortaya çıxamasına səbəb olmuşdur. Hər halda prokurorluğun belə bir cinayət işi ilə bağlı araşdırma aparması müsbət haldır, ümid edək ki, obyektiv nəticə doğuran qərarlar alınacaq.