Belə qatarlardan ikisi bu ilin iyun ayında ölkəyə gətiriləcək.
Bu gün Azərbaycan Dəmir Yolları ASC ilə İsveçrənin Stadler Rail Group şirkəti arasında müqavilə imzalanıb.ANS PRESS-in məlumatına görə, Azərbaycan tərəfi 5 ədəd ikimərtəbəli qatarın alınması üzrə şirkətlə razılıq əldə edib. Bu qatarlar uzunmüddətli kredit yolu ilə götürülüb. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin tələbatını ödəmək üçün bütün şərait yaradılıb. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes- sinfinə aiddir. İlk iki qatar bu ilin iyun ayında ölkəyə gətiriləcək.
Yeni qatarlar I Avropa Oyunları zamanı Olimpiya oyunları stadionu və Bakı dəmir yolu vağzalı arasındakı sahədə istismar ediləcək. Sonuncu qatarlar isə 2016-cı ilin yanvar ayınadək gətiriləcək. Bundan sonra həmin 5 elektrik qatarlar Bakı-Sumqayıt istiqamətində xəttə buraxılacaq.