Prezident seçkilərini izləmək üçün qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb

Prezident seçkilərini izləmək üçün qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb backend

"Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün 24 müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçib".

“Report”un xəbərinə görə, bunu MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, bu şəxslərlə bağlı MSK-nın qərarı müsbət olub: “Bunların 9-u öz təşəbbüsü, 15-i isə qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyatdan keçib”.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.