Xəbər verdiyimiz kimi, 19 fevral Azərbaycanın Milli Qəhrəmanı, şəhid Yusif Vəli oğlu Mirzəyevin həlak olduğu gündür. Bununla bağlı qəhrəmanın adını daşıyan Bakı şəhəri. Nəsimi rayonundakı 44 saylı orta məktəbdə tədbir keçirilib.
<b>QAZİLER.AZ saytı xəbər verir ki, tədbirdə Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı, şəhidin yaxın dostu Şəmistan Əlizamanlı, jurnalist Şamil Sabiroğlu, müharibə iştirakçıları, qəhrəmanın ailə üzvləri iştirak edib.Açıq dərs formatında təşkil edilən tədbirdə məktəblilər Qarabağ müharibəsi, şəhidlər və qəhrəmanlar haqqında qısa məlumatlar verib.
Məktəblilərin Yusif Mirzəyev haqqında hazırladığı vidoçarx təqdim olunub.
Lakin şəhidin ailə üzvləri, iştirakçılar tədbirin yaxşı təşkil edilmədiyini, o boyda məktəbdən cəmi 17 şagirdin iştirak etdiyini səbəb göstərərək etiraz ediblər.
Onlar bildiriblər ki, bu, Azərbaycanın Milli Qəhrəmanı adına, şəhid adına qarşı hörmətsizlikdir. Və tədbir yarımçıq dayandırılıb.
QAZİLER.AZ

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Yusif Vəli oğlu Mirzəyev haqqında məlumatla bu LİNKDƏN tanış ola bilərsiniz.