Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyindən QAZİLER.AZ-a verilən məlumata görə, bu günlərdə Asiya Inikşaf Bankının Rəhbərlər Şurasının 48-ci illik Toplantısı keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında 3 minə yaxın iştirakçı hökumət nümayəndələri, üzv ölkələrin maliyyə nazirləri, mərkəzi bank rəhbərləri, beynəlxalq maliyyə institutları, alimlər,ekspertlər, QHT-lər, KİV-lər iştirak ediblər.Təşkilatın rəhbəri Səriyyə Müslümqızı bildirir ki, vestibüldə qoyulan Qarabağ həqiqətləri ilə bağlı broşuralar və kitablar dünya ictimaiyyətinə Qarabağ probleminin tanıdılması məqsədi daşıyırdı.
”İnkişaf naminə tərafdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə İllik Toplantının Rəhbərlər Şurasının əsas iclasında seminarlarda və panel müzakirələrdə qlobal məsələlərdən, təbii fəlakətlərin törətdiyi fəsadları aradan qaldırmaq üçün görülən işlərdən söhbət açıldı.
Bir çox ölkələrdən gəlmiş qonaqlar arasında olan QHT-lərin gördükləri işlər təqdirəlayiq idi.
Qırğızıstan Respublikasının Bişkək şəhərindən gəlmiş NAŞ VEK İB-nin prezidenti Çinarə Aytbayeva panel müzakirəsində yollarda təhlükəsizliyin aradan aldırılması üçün gördükləri işlərdən, əldə etdikəri müsbət nəticələrdən söhbət açdı.
Yoxsulluq səviyyəsi çox yüksək olan Hindistan, Pakistan, Malayziya, Çin, Yaponiya və b. ölkələrdən gəlmiş QHT rəhbərlərinin də çıxışları maraq doğurdu.
Asiya İnkişaf Bankının Vətəndaş Cəmiyyəti ilə İş bölməsi AİB üzv olduğu dövlətlərlə kredit müqaviləsi bağlayır ki, həmin kredit müqaviləsinin içərisində qrantlara da yer ayrılır.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bank indiyədək Azərbaycan hökumətinə 1.8 mlrd.ABŞ dollar, özəl sektor təşkilatlarına 168 mln ABŞ dolları həcmində kredit, 18 mln ABŞ dollar qrantlar ayırıb.
2015-ci ilin aprel ayında AİB-in 2015-2017-ci illər üçün Azərbaycan üzrə Biznes Plani qəbul edilib. AİB təhsil, su təhcizatı çirkab suların təmizlənməsi və s.işlər üçün ölkəmizə 3.6 min ABŞ dolları həcmində qrant, 715 mln həcmində kredit ayıracaq.
Tərbirdə İqtisadi Resusların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin bildirdiyinə görə, daha çox əhəmiyyət kəsb edən məsələləri həll etmək üçün QHT-lər də dövlətin diqqət mərkəzindədir.
Azərbaycan Respublikasının prezidenti bu toplantıda iştirak etdi. Ölkəmiz haqqında, iqtisadiyyatımızın inkişafından, Qarabağ problemindən danışdı.
2016-cı ildə belə toplantıya Almaniya Respublikası ev sahibliyi edəcək.