Neftçilər Xəstəxanasından çıxarılan direktor Doğum evinə baş həkim gətirildi

Neftçilər Xəstəxanasından çıxarılan direktor Doğum evinə baş həkim gətirildi backend

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova tutduğu vəzifədən azad edilib.

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Nazirlik rəsmisi qeyd edib ki, Leyla Seyidbəyova öz ərizəsilə vəzifədən azad olunub:

“Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin əmrinə əsasən, Leyla Seyidbəyova 7 saylı Doğum Evinə baş həkim təyin edilib”.