75 əlil istirahətə göndərildi

75 əlil istirahətə göndərildi backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ saytına verilən məlumata görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin yaz-yay mövsümündə ölkəmizin səfalı guşələrindəki istirahət və sağlamlıq mərkəzlərində mənalı istirahətinin təşkili istiqamətində tədbirlər cari ildə də davam etdirilir.

Bu məqsədlə mayın 13-də nazirlik 75 nəfər əlilliyi olan şəxsi Lənkəran rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə göndərdi.

Bununla da ötən ayın əvvəlindən bəri artıq 300 nəfər əlilliyi olan şəxsin Lənkəran və Şəki rayonlarındakı istirahət mərkəzlərinə göndərilməsi təmin olunub. ƏƏSMN-nin müvafiq əmri ilə təsdiqlənmiş “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, cari ilin yaz-yay mövsümündə ümumilikdə 1000 nəfərdən çox əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərində istirahətinin təşkili nəzərdə tutulur.



Azərbaycanın Respublikasının ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərin istirahətə göndərilməsi xüsusi diqqətdə saxlanılır. İstirahət mərkəzlərində əlilliyi olan şəxslər üçün xüsusi mədəni-kütləvi proqram əsasında musiqili-əyləncəli tədbirlər, stolüstü oyunlar (stolüstü tennis, bilyard, nərd, şahmat), futbol və voleybol üzrə yarışlar, göldə üzgüçülük, balıq ovu, ətraf rayonlara və tarixi yerlərə gəzinti turları və s. təşkil olunur. Onlar həmçinin müvafiq fizioterapevtik müalicə prosedurlarına cəlb edilirlər. Qeyd edilən şəxslərin istirahət mərkəzlərinə aparılması və gətirilməsi xüsusi nəqliyyat vasitəsi ilə həyata keçirilir.



Diaspora