Dramaturq, şair və nasir Cəfər Cabbarlının qızı, Cəfər Cabbarlının ev-muzeyinin direktoru, əməkdar incəsənət xadimi Gülarə Cabbarlı ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək.
Bu barədə "Report"a açıqlamasında Gülarə Cabbarlının oğlu Bəhlul Seyfəddinoğlu məlumat verib.O qeyd edib ki, mərhum saat 14:30-da Mətbuat prospektində yerləşən köhnə müsəlman qəbiristanlığında dəfn olunacaq: "Neçə vaxt idi ki, ürəyində problemlər var idi. Sırağagün 88 yaşı tamam oldu. Vəsiyyətində xalqa, övladlarına əmin-amanlıq arzu etdi. Deyirdi ki, atam qədər yaşamasınlar, atamın əsərləri qədər ömürləri olsun".
Xatırladaq ki, G.Cabbarlı bu gün vəfat edib.