Vətəninfo.az xəbər verir ki, I Qarabağ müharibəsi qazisi, bir ayağını Vətən yolunda itirmiş I qrup Qarabağ əlili Çələbi Xəyyam Əyyub oğlu ağır xəstəliyə dücar olub.
Xəyyam Çələbi bu xəstəliyə 1 ilə yaxındır ki, tutulub və Səhiyyə Nazirliyinin ET Hematologiya və transfuziologiya İnstitutunda ilkin mərhələdə xəstəliyin qarşısını almaq üçün müalicəyə başlayıb. Artıq onun adıçəkilən İnstitutda ilkin müalicəsi başlayıb. İl ərzində 3 dəfə, yəni üç aydan bir həyata keçirilməli olan müalicə kursu həddindən artıq baha olduğundan Qarabağ qazisinin müalicəni davam etdirməyə maddi imkanı yoxdur.Müxbirimizlə söhbətində Xəyyam Çələbi bildirib ki, xəstəliyin qarşısını almaq üçün bir ampula iynənin qiyməti 800 AZN-dir.
Çələbi Xəyyama müalicəsini sona qədər aparmaq üçün dəstək olmasa, onun həyatı təlükə altında qalacaq.
Qarabağ Qazisi bu xəstəlikdən xilas olmaq və zamanında müalicəsinin aparılması üçün Azərbaycan Respublikasının Prezidneti cənab İlham Əliyevə və ölkəmizin birinci xanımı, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etməyə hazırlaşır.
Vətəninfo.az İnformasiya Agentliyi olaraq biz də möhtərəm prezidentimiz cənab İlham Əliyevdən və 1-ci vitse-prezidentiimiz Mehriban xanım Əliyevadan sağlamlığını Azərbaycanın ərazi bütövlüyü uğrunda itirmiş Xəyyam Çələbi Əyyub oğluna maddi köməklik göstərilməsi üçün öz dəstəklərini əsirgəməmələrini xahiş edirik.