SEÇİM: Dövlət, ya da özəl qəbiristanlıq

SEÇİM: Dövlət, ya da özəl qəbiristanlıq backend

Azərbaycanda çoxdandır müzakirə mövzusu olunan məzarlıqlar və məzar daşları ilə bağlı sənəd yaxın vaxtlarda qüvvəyə minə bilər.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, məzarlıqlar və məzar daşları ilə bağlı layihə Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb və Nazirlər Kabinetinə göndərilib.

Hazırda ona Nazirlər Kabinetində baxıldığını vurğulayan M.Quliyev qeyd edib ki, sənəd ya qanun kimi qəbul oluna, ya da Nazirlər Kabinetinin qərarı ilə əsasnamə kimi təsdiq edilə bilər: “Bu, hökumətin qərarından asılıdır. Əgər qanun layihəsi kimi qəbul olunması nəzərdə tutulsa, Milli Məclisə göndəriləcək. Yəqin ki, yaxın vaxtlarda biz bu məsələsinin həllini görəcəyik”.

Onun sözlərinə görə, layihədə həm özəl, həm dövlət, həm də bələdiyyə qəbiristanlıqlarının olması nəzərdə tutulub: “Nəzərdə tutulub ki, dövlət və bələdiyyə qəbiristanlıqlarında qəbirüstü daşlar standart olsun, yəni qəbirlərin ölçüsü də, qəbirüstü daşlar da eyni ölçüdə, sıraları da eyni qaydada olsun. Ancaq kim dünyadan köçmüş yaxınının xatirəsini öz istədiyi şəkildə əbədiləşdirmək istəyirsə, onlar özəl qəbiristanlıqlarda istədiyi daşdan, istədiyi formada abidə qoya bilərlər”.
Diaspora