Yasamal rayonuna yeni təyin edilmiş icra başçısı Şəhid anasının yas mərasimində olub

Yasamal rayonuna yeni təyin edilmiş icra başçısı Şəhid anasının yas mərasimində olub backend

QAZİLER.AZ saytı xəbər verir ki, Yasamal rayonuna yeni təyin edilmiş icra başçısı Əziz Əzizov bu gün 20 yanvar şəhidliyinin simvollarından biri İlham - Fərizə ailəsinin üzvü, İlham Allahverdiyevin anası Ofeliya xanımın yas mərasimində olub.

Mərhumun yaxınlarına başsağlığı verib.

Xatırladaq ki, 20 yanvar şəhidliyinin simvollarından biri İlham - Fərizə ailəsinin üzvü, İlham Allahverdiyevin anası Ofeliya xanım srağagün vəfat edib və Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

Mərhumun 3-7 mərasimi sabah (fevralın 8-də) Yeni Yasamalda - “Bizim Market“ in arxa tərəfində keciriləcək.