Ağsuda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Trend-ə bildiriblər ki, ilkin məlumatlara əsasən bu gün yerli vaxtla saat 15:53-də Pirquludan 14 km cənub-qərbdə, Ağsu rayonu ərazisində zəlzələ qeydə alınıb.
Episentri yerin 8 km dərinliyində olan zəlzələnin maqnitudası 3,4 təşkil edib.Zəlzələ hiss olunmayıb.