Şəkinin keçmiş icra başçısı həbs olundu

Şəkinin keçmiş icra başçısı həbs olundu backend

Şəkinin keçmiş icra başçısı Murad Cabbarlı Bakıda həbs olunub. QAZİLER.AZ bildirir ki, bu barədə Virtualaz.org saytı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, məhkəmə sabiq icra başçısı barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Cabbarlı Murad Qorxmaz oğlu 1960-cı ildə Bakıda anadan olub. Məmurluğa bir çoxları kimi kommersiya sahəsindən gəlib.

Şəki Şəhər İcra Hakimyyətinin başısı təyin olunana qədər - 2006-2008-ci illərdə “ADA-Mülkiyyət” MMC-nin direktoru vəzifəsində işləyib. 2008-ci ildə “Şəki Aqro İndastris” MMC-nin maliyyə və idarə işləri üzrə direktor müavini, 2008-2010-cu illərdə “Şəki Kərpic” MMC-nin direktoru olub.

Hazırda o, Bakı Fındıq Emalı Zavodunun (“Bakfem”) direktorudur. Murad Cabbarlı Zaqatala və Balakəndəki fındıq sexlərinin sahiblərinə inzibati rıçaqlarla təzyiq göstərərək onlardan məhsulu dəyər-dəyməzinə alırdı.
Diaspora