Lənkəran-Lerik yolunda uçqun olub

Lənkəran-Lerik yolunda uçqun olub backend

Lənkəran-Lerik yolunun 29-cu kilometrliyində uçqun olub. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib.

Onun sözlərinə görə, uçqunun baş verməsinə səbəb son günlər havaların yağıntılı keçməsidir. Hadisə nəticəsində yolda hərəkət dayanıb: “Hazırda Nazirliyin əməkdaşları hadisə yerində araşdırma aparırlar. Artıq yol təmizlənib və avtomobillərin hərəkəti bərpa olunub”.


Ə. Piriyev deyib ki, Lənkəran-Lerik yolunun başqa hissələrində də zəif uçqunlar qeydə alınıb.
Diaspora