“Çox ölkə bizə çatmaq istəsə də, çata bilməyəcək”.
Bu sözləri Bakı-2015 İlk Avropa Oyunları ilə bağlı danışan xalq şairi Fikrət Qoca Axar.az-a bildirib. O qeyd edib ki, bu, fərəhli hadisədir:“Avropa Oyunlarının Azərbaycanda keçirilməsi məni fərəhləndirir. Bu, böyük hadisədir. Əvvəla, onu deyim ki, biz hər birimiz geyimimizlə, davranışımızla Azərbaycanın reklamıyıq – xüsusilə, xaricdə olanda. İndi də xaricilər bura gəlib bizim gözəl, təmiz ölkəmizi, gözəl oğlanlarımızı, qızlarımızı görəcəklər. Tarixdə ilk dəfədir ki, Avropa Oyunları keçiriləcək, özü də Azərbaycanda. Əslində, bu, başqa Avropa ölkəsində keçirilməli idi. Görün biz nə qədər inam qazanmışıq ki, Avropa Oyunları birinci bizim ölkədə keçiriləcək. Bu, bir ilkdir və çox ölkə bizə çatmaq istəyəcək, amma çata bilməyəcək”.
Xatırladaq ki, 12-28 iyun tarixində ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarına 31 gün qalıb.