Elektron KİV AMEA-nın prezidentinə istinadən guya ANS-in Zooligiya İnstitutunu boşaltmağa başlaması barədə xəbər yaymışdı.
"ANS-in Zoologiya İnstitutunun binasını boşaltmağa başlaması barədə mətbuatda yayılan məlumatları ANS Şirkətlər Qrupunun müşaviri Mais Məmmədov təkzib edib. O deyib ki, il yarımdan artıqdır, institut binasının ANS-in əmlakı yerləşən hissəsi hüquq-mühafizə orqanlarının qıfılı və möhürü arxasındadır. “Bizim ora girişimiz mümkün deyil. Son dəfə Baş Prokurorluq və DİN əməkdaşlarının ciddi müşayiəti altında, təxminən, 10 ay əvvəl ora xadimələr buraxılıb. Bu sonuncu dəfə olub. Ona görə də institutun binasını boşaltmağa başlamağımız barədə məlumatlar ən azı təəccüb doğurur. Qapıları açsalar, içəri buraxsalar, əlbəttə, hər şeyimizi ordan çıxarardıq”. Mais Məmmədov bildirib ki, ilk növbədə elə Azərbaycanın ən yeni tarixinin saxlandığı arxivini köçürməkdən başlardıq. Sitatın sonu.ANS Zoologiya İnstitutunu boşaltması haqqında məlumatları təkzib etdi

