Təmir işləri davam edir: iyunun 5-i hazır olacaq

Təmir işləri davam edir: iyunun 5-i hazır olacaq backend

Dəmir yolunun Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində aparılan əsaslı təmir işləri hazırda Güzdək mənzilində həyata keçirilir

Qaziler.az Xezerxeber.com-a istinadən bildirir ki, dəmir yolunun Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində əsaslı təmir işləri davam edir.

Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Nadir Əzməmmədov bildirib ki, hazırda Güzdək mənzilində 1500 metr uzunluğunda baş yollarının təmiri həyata keçirilir, artıq köhnə yolun söküntüsü başa çatıb.

Qeyd edək ki, dəmir yolunun Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda dəmir yolunun bu günə kimi 33 kilometri əsaslı təmir olunub.
Diaspora