Gediş haqqına görə vahid kart sistemi Bakı Metropolitenində istifadə etmək üçün hazırdır və I Avropa Oyunları başa çatdıqdan sonra onun Bakının digər ictimai nəqliyyat növlərində tədricən tətbiqinə başlanılacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov Bakıda keçirilən 14-cü Beynəlxalq "Nəqliyyat, tranzit və logistika" və 5-ci Yubiley Xəzər Beynəlxalq "Yol infrastrukturu və ictimai nəqliyyat" sərgisinin açılışı zamanı deyib.Onun sözlərinə əsasən, "Bakı Kart" prosessinq mərkəzi vahid nəqliyyat kartlarına xidmət göstərməyə hazırdır: "Bu layihə çərçivəsində Bakı Metroplitenində hazırda istifadə edilən kartların eyni qiymətə olan yeni kartlarla dəyişdirilməsi nəzərdə tutulur".
Yeni kartın qiyməti 2 manat olacaq.