Moskvanın “Sadovod” bazarında yenidən yanğın baş verib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Fövqəladə Hallar Nazirliyi yayıb. Yanğın 250 kvadrat metr ərazini əhatə edib.Qeyd edək ki, bu bazarda 1 həftə əvvəl də yanğın baş vermişdi. O zaman yanğın 300 kvadrat metri əhatə etmişdi.
Bazar əslən azərbaycanlı olan iş adamları İlham Rəhimov, Qod Nisanov və Zaxar İliyevə məxsusdur.
">