Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.
Qaziler.az bildirir ki, bu tədbirlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun aparılır.Xidmətin 2018-ci il üçün fəaliyyət planına əsasən, 26 yanvar 2018-ci il tarixdə Yevlax Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilmişdir. Tədbirdə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi polkovnik Rasim Şirinov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli, ictimaiyyət nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak etmişlər. Tədbirdə çıxış edən Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov çıxışında bildirib ki, Xidmət tərəfindən gənc nəslin milli ruhda tərbiyə edilməsi məqsədilə müxtəlif layihələr, tədbirlər həyata keçirilir. Belə layihələrin davamı olaraq Yevlax rayon məktəbliləri arasında “Vətənin müdafiəsinə hazıram” mövzusunda inşa müsabiqəsi təşkil olunub. Müsabiqəyə təqdim edilən yazılar ölkəmizdə vətənpərvərlik təbliğatının müsbət nəticələr verdiyini sübut edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimiz müasir hərbi texnika, silah-sursatla təmin edilib və bütün göstəricilərə görə region ölkələrindən daha güclüdür.
Daha sonra müddətli həqiqi hərbi xidmətlərini başa vuraraq Silahlı Qüvvələrdən tərxis olunmuş Yevlax rayonundan olan hərbi vəzifəlilərə hərbi biletləri təqdim olunub və onlar nümunəvi hərbi xidmət etdikləri üçün mükafatlandırılıblar.
Tədbirdə Yevlax rayon məktəblərinin şagirdləri arasında keçirilmiş “Vətənin müdafiəsinə hazıram” mövzusunda yazı müsabiqəsinin nəticələri elan olunub və qaliblər təltif olunublar. Mərasimdə şəhid ailəsini nümayəndəsi, müharibə veteranı, “gənclərin çağırışaqədərki hazırlığı” fənni müəllimi, “gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə yüksək nailiyyət göstərən şagird, N saylı hərbi hissənin əsgərləri mükafatlandırılıb. Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı və Yevlax rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış etmişlər.
_1516992180.jpg)
_1516992240.jpg)
_1516992240.jpg)