Nazir prezidentin köməkçisi ilə cəbhə xəttindəki hərbi hissələri yoxladı - FOTOLAR

Nazir prezidentin köməkçisi ilə cəbhə xəttindəki hərbi hissələri yoxladı - FOTOLAR backend

Cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb.

Qaziler.az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.


Səfər zamanı qoşunların döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin xidməti və sosial-məişət şəraiti yoxlanılıb, eləcə də hərbi qulluqçularla söhbətlər aparılıb, birgə nahar təşkil olunub.