Cəlilabad rayonunda intihar olub. QAZİLER.AZ -ın Qafqazinfo-ya istinadən məlumatına görə, Azərbaycan küçəsindəki binada yaşayan 1971-ci il təvəllüdlü Həsən Abidinov məskunlaşdığı binanın zirzəmisindəki qazanxanada özünü asaraq intihar edib. Qarabağ müharibəsi veteranı olan Həsən Abidinov ailəli olub, 2 övladı var.
Hazırda Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılırQarabağ müharibəsi veteranı özünü asdı
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
