Biz nələr etmişdik, sən nələr etdin?

Biz nələr etmişdik, sən nələr etdin? backend

Qələbə bayramında uşaqlıq xatirələrim yadıma düşür. Həmin yaz günündə yaxalarında orden- medallar olan müharibə veteranları kluba axışırdılar. Həmyaşıdlarımla yüyürə-yüyürə onların arxasınca qaçdıq, amma bizi kluba buraxmadılar. Biz də pəncərəyə dırmaşıb içəri boylandıq. Yuxarı başda qara kostyum geyinmiş Bəşir dayı oturmuşdu. Sən demə, o kəndimizin böyüyü, kolxoz sədri imiş. O, üzünü veteranlara tutub, “Qızıl Ordunun qələbə qazanması üçün döyüşdünüz, kəndimizin adını ucaltdınız, üzünüz ağ olsun”.

Sonra onları bir-bir tribunaya çağırıb yaxalarına par-par parıldayan medal taxdı. İclas qurtardı. Taleh qaçaraq atasını qucaqladı medalını sığallaya-sığallaya “sən qəhrəmansan, dədə!” - deyərək üzündən öpdü. Xanlar dayıya isə ulduz verməmişdilər, o, cox məyus idi. Oğlu Ələmdar da pərt olmuşdu. Sən demə, Xanlar dayı əsir düşdüyündən onlara medal vermək olmazmış...
“Kaş mənim də babam bunların arasında olaydı”, - deyə düşündüm. Məyus halda evə qayıdanda nənəm həyətimizdəki iri gövdəli tut ağacının altında oturmuşdu. Nənəmə yaxınlaşıb klubda gördüklərimi deyərək soruşdum: “Nənə, bəs mənim babam niyə yoxdu ? Nənəmin çöhrəsinə kədər çökdü, qəzəbli halda dedi: “Bala, sənin babanı itler uddu. Onda elə bilirdim itler əjdaha imiş ... Sən demə o adammış əsil adı Adolf Hitlermiş... Dünyanı lərzəyə gətirən, məni babasız qoyan...
Sən demə, qələbəmiz üçün ölkəmiz cəbhəyə 700 min soydaşımızı göndərib onlardan 400 minə yaxını geri qayıtmayıb. Gəlin tarixə nəzər salaq. 1939-cu ildə Stalin Hitlerlə hücum etməmək haqqında təzəcə saziş imzalayıb. Amma, bütün dünyanı fəth etmək A.Hitlerə rahatlıq vermir. Bu məqsədlə o, yüksək mexanikləşdirilmiş ordu –Vermaxtı yaradır. Müharibəyə başlamaq üçün ona 9 mln ton neft lazımdır. 1939-cu il sentyabrın 1-də Polşaya hücum edir. Fransa və Böyük Britaniya da Almaniyaya müharibə elan etsələr də, qarşıdurmaya hazır olmadıqlarından yalnız kənardan baxırlar. Dünyanı fəth etmək üçün Hitlərə neft lazımdır. 1940 -ci ilin mayın 10-da Hitler öz ordusunu Hollandiya, Belçika, Fransaya yeridir. Qısa bir vaxtda bu ölkələr diz çökür, nasist bayrağı Eyfel qülləsində dalğalanır. 1941-ci ilin yazında Hitler təchizat xidmətindən yanacaq qıtlığı ilə bağlı həyəcan siqnalı alır, həmin ilin iyulun 22-də sazişi pozaraq “Barbarossa” əməliyyatına başlayır. 3200 təyyarə, 3300tank, 600avtomobil, 625 min at və 3 milyon əsgər Sovet İttifaqına hücum edir. “Qızıl Ordu”nu vətənpərvərliyə çağıran Stalinə təcavüzkara qarşı müharibəyə başlamaq üçün 4.5milyon döyüşçü, 20000-dən çox tank, 15 000 min təyyarə toplamaq lazımdır. Stalin yanacaq sarıdan narahat deyil, Qafqaz nefti var.
1941-ci ilin iyunundan 1942-ci ilin iyununadək Bakıda neft hasilatı 23,5 milyon tona çatır. Bu da rekord göstərcidir. Neft sənayesi ilə işləyən zavodlar pulemyot, minaatan, minomyot, məhşur “Katyuşa” reaktiv raket qurğuları istehsal edir. Neftayırma zavodları Azərbaycanın məhşur kimyaçı alim Yusif Məmmədəliyevin kəşf etdiyi yeni üsulla yüksək oktanlı aviasiya benzinini istehsal edir. Bu isə sovet hava qüvvələrinin Vermaxtan peşəkarları ilə döyüşmək imkanını yaradır. 1941-ci ilin sentyabrında Lelinqrad mühasirəyə alınır. 2 ay ərzində Almaniyanın ordu birləşmələri Sevastopolu tutur, Ukraynanı işğal edir. İyunun 25-də isə Rostov süqut edir. Hitler var qüvvəsi ilə Bakı neftini ələ keçirmək istəyir. 1942-ci ilin sentyabrın 6-da Stalin Zaqafqaziya respublikalarına müraciət edir. ”Biz ölənə qədər müqavimət göstərməliyik. Bu, ölkəmiz üçün həyəcan siqnalıdır”. Stalinin siqnalı Azərbaycana da çatır. Dövlət Müdafiə Komitəsi şəhərlər ətrafında hərbi müdafiəni gücləndirmək üçün əksəriyyəti qadın olan 90 min yerli sakini səfərbərliyə alır. Bakı bütün gücü ilə qələbənin əldə olunmasına çalışır. 1945-ci il mayın 9-da Almaniya təslim olur. Stalın Leninqrad, Stalinqrad, Sevastopol və Odessa kimi 4 şəhərə Qəhrəman Şəhər adı verir. Öz neftini və insanlarını qurban vermiş Bakıya isə bu ad verilmir.Təəssüf ki, onlar unudurlar ki, Bakının nefti hesabına Sovet İittifaqı və onun Qərbdəki mütəffiqləri qalib gəldilər. Sovet İttifaqının qalib gəlməsində Azərbaycanın böyük xidməti olduğunu Rusiya dövləti unutdu. Onun qalib gəlməsi üçün canını fəda verən babamın üç oğul nəvəsini Ümüdvar dayının iki oğlunu Talehlə, Vəliyyədini, Bəşir dayını oğlu Rzanı Xocalı soyqırımı zamanı 366-cı alayın rus əsgərləri amansızlqla qətlə yetirdilər.Yurd-yuvamızı viran qoydular. Doğmalarımızın soydaşlarımızın nənəmin qəbirlərini darmadağın etdilər. Xocalını cəhənnəmə döndərdilər. Nə yazıq ki, Rusiyanın prezidenti Vladimir Putin qondarma erməni soyqırımını qeyd edən Ermənistanın yanında oldu. Abidəni ziyarət edəndə Xocalıda Qarabağda şəhid olanların ruhları fəryad etdi. Bax, budur Azərbaycana verilən qiymət...
Diaspora