Sığortaolunanların sayı 3 063 167 nəfərə yüksəlib

Sığortaolunanların sayı 3 063 167 nəfərə yüksəlib backend

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan QAZİLER.AZ-a verilən xəbərə görə, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 063 167 nəfərə yüksəlib.

2015-ci il may ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayında əlavə olaraq 21 354 sığortaolunana fərdi şəxsi hesab açılıb.

Cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 2,92 faiz artıb. Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 063 167 nəfərə yüksəlib. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi (1 810 275 nəfər) kişi, 40,9 faizi (1 252 892 nəfər) isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,74 faizini (757 931 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,73 faizini (665 662 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,77 faizini (636 352 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,16 faizini (648 085 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,60 faizini (355 137 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Fərdi uçot-Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
Diaspora