“Şəhid adı, şəhid şərəfi qanunla qorunsun” – Nazirə təklif verildi

“Şəhid adı, şəhid şərəfi qanunla qorunsun” – Nazirə təklif verildi backend

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbir keçirilib. Nazirliyin dəstəyi ilə tanınmış yazıçı - publisist Rafiq Səməndərin latın qrafikasında yenidən işıq üzü görən “Şəhidlər” kitabının da təqdimatı olub.

QAZİLER.AZ saytı xəbər verir ki, tədbirdə iştirak edən bir çox insanlarla yanaşı Azərbaycan Respublikası “20 yanvar” ictimai birliyinin sədri Sultan Əzimzadə və “Qarabağ qaziləri” ictimai birliyinin sədri Ehtimad Əsədov da çıxış edib. Hə iki çıxışçı son günlər Şəhid adının aşağılanmasından, təhqir edilməsindən narahat olduqlarını bildirib, bu kimi halların qarşısının alınması üçün qanunvericiliyə xüsusi bir dəyişikliklər edilməsini təklif ediblər.

Onlar tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdan xahiş ediblər ki, bu təklifi dövlət orqanları qarşısında qaldırsınlar, şəhid adı xüsusi hal kimi dövlət tərəfindən qanunla qorunsun. Nazir də təklifi araşdırıb müvafiq addımlar atılacaqlarına söz verib.

QAZİLER.AZ