2015-ci ilin ilk ayında Azərbaycanda 32 nəfər dəm qazından zəhərlənmə ilə bağlı Klinik Tibbi Mərkəzə müraciət edib.
Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, onlardan 26-sı xəstəxanaya yerləşdirilib, qalanları evə buraxılıb. Xəstəxanaya yerləşdirilənlərin yarıdan çoxu, 65-70%-i qadın olub. 26 nəfərdən 4-nün isə uşaq olduğu bildirilib. Zəhərlənmələrdən ölüm halı qeydə alınmayıb.A.Maqsudov qeyd edib ki, ötən illə müqayisədə bu il dəm qazından zəhərlənmələrin sayı azdır: "Ötən ilin müvafiq dövründə müraciətlər daha çox idi”.