“Bakı-2015 I Avropa Oyunlarının açılış günü qeyri-iş günü ola bilər.
Axar.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentindən Milli Məclisə layihə təqdim olunub. Layihədə bir dəfə - 12 iyun 2015-ci il tarixinin qeyri-iş günü olması təklif olunub.Məsələ Milli Məclisin mayın 15-də keçirilən iclasında müzakirə olunacaq.
Xatırladaq ki, “Bakı-2015” I Avropa Oyunları 12-28 iyun tarixlərində keçiriləcək.