Xəbər verildiyi kimi, ötən gün Vergilər naziri Mikayıl Cabbarovun işdən çıxartdığı şəxslər sırasında yüksək vəzifəli şəxslərin qohumları da olub.
Axar.az xəbər verir ki, işdən çıxarılan vergi işçilərindən Qabil Tarquliyev Diaspora ilə İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimovun bacısı oğlu, Fəxrəddin Poluxov Azərbaycanın Cənubi Afrika Respublikası, Anqola, Mozambik, Svazilend və Zimbabvedəki səfiri Elxan Poluxovun qardaşı, Azər Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədovun kürəkəni, Nəsimi Cəfərov İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun kürəkəni, Famil Miriyev Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun bibisi oğlu, Kəmaləddin Baxşəliyev və Çingiz Abdullayev, Turac Mahmudov, Raqif Qurbanov və Firdovsi Aslanov keçmiş vergilər naziri Fazil Məmmədovun tələbə yoldaşları, Rahim Əfəndiyev isə yaxın dostu və ailə biznesini idarə edən şəxsdir.Tam silahını ölkə.az saytı dərc edib.