Qeyri-sabit hava şəraiti davam edəcək

Qeyri-sabit hava şəraiti davam edəcək backend

Yaxın 2 gün ərzində Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək, arabir yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, mayın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacaq.
Diaspora