Səhiyyə Nazirliyi “Sağlamlıq ayı”na başlayıb

Səhiyyə Nazirliyi “Sağlamlıq ayı”na başlayıb backend

Səhiyyə Nazirliyi fevral ayını “Sağlamlıq ayı” elan edərək əhalinin icbari tibbi dispanzerizasiyasına start verilib.

QAZİLƏR.AZ saytı xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əhalinin sağlamlığının qorunması, xəstəliklərn erkən aşkarlanması, müalicəsi, profilaktikası, fəsadlarla mübarizə sahəsində keyfiyyət standartlarının çatdırılması məqsədi ilə artıq ənənəvi olaraq ölkədə "Sağlamlıq aylığı" həyata keçirilir.
Yanvarın 28-də tarixində səhiyyə nazirinin müavini N.Əliyeva “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə ” sərəncam imzalayıb. Sənəddə ölkə prezidentinin tapşırığını rəhbər tutaraq 2015-ci il fevral ayının 1-dən mart ayının 31-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi təcili yardımın təşkili şöbəsinə tapşırılıb. Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasını şəxsi nəzarətə götürülməsi, qeyd olunan müddət ərzində görülmüş işlər barədə məlumatların hər 10 gündən bir və yekun məlumat Səhiyyə Nazirliyinə təqdim edilməsi haqda tapşırıqlar da sərəncamda öz əksini tapıb.
Bu münasibətlə, ilk olaraq Səhiyyə Nazirliyində respublikanın şəhər və rayon tibb idarə və müəssisələrinin rəhbərlərinin iştirakı ilə geniş toplantı keçirilib. İclasda təcili yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov 2014-cü ildə dekabr ayında keçirilən aylıq çərçivəsində respublika üzrə 5.240,000 yaxın əhalinin tibbi müayinələrdən, o, cümlədən Bakı şəhəri üzrə 1.250.000 yaxın əhalinin tibbi müayinələrdən keçməsini vurğulayıb. Ümumilikdə müayinələrdən keçmiş əhali arasında 10 %-ə yaxın xəstə aşkarlanıb. Bu xəstələr müayinələrə cəlb olunub, digərləri isə dispanser qeydiyyata götürülüb.
Diaspora