Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ilin yekunlarına dair müşavirə keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ilin yekunlarına dair müşavirə keçirilib backend

Dekabrın 29-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2017-ci ilin xidməti fəaliyyətin yekunlarına və 2018-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar müşavirə keçirilmişdir.

Qaziler.az bildirir ki, müşavirədə Xidmət rəisi, general-leytenant Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2017-ci il ərzində görülmüş işlərə dair ətraflı çıxış etmiş, 2018-ci ildə Xidmət tərəfindən görüləcək işlər barədə məlumat vermişdir.

Müşavirədə bir sıra məsələlər müzakirə olunmuş, general-leytenant Arzu Rəhimov 2018-ci ildə xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunmasına dair tapşırıq və tövsiyələrini çatdırmışdır.

Müşavirədə Xidmət rəisinin müavinləri və idarə rəisləri görülmüş işlərə dair məruzələr etmişlər.

Müşavirənin yekununda Xidmət rəisinin əmri ilə xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılmışdır.
Diaspora