QAZİLER.AZ saytı xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə millət vəkili Flora Qasımova “Şöhrət” ordeni ilə təltif edilib.
Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Flora Qasım qızı Qasımova “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2017-ci il.”
Xatırladaq ki, Flora Qasımova Xankədi şəhəri üzrə millət vəkilidir. O, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin xanımıdr.
QAZİLƏR.AZ saytının kollektivi F.Qasımovanı “Şöhrət” ordeni ilə təltif edilməsi münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayır!